“Füzulinin azad olunması hamımızı sevindirdi” - Davudoğlu

 “Füzulinin azad olunması hamımızı sevindirdi” -  Davudoğlu
  17 Oktyabr 2020    Oxunub:3380
Ermənistan müharibə cinayətləri törədir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri (2014-2016-ci il) Əhməd Davudoğlu “Twitter” hesabında yazıb.

O, Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində mülki insanlara qarşı hücumlarını qınayıb.

“Gəncə və Mingəçevir şəhərlərində mülki insanlara qarşı hücumları qınayıram. Şəhid olan qardaşlarıma Allahdan rəhmət, yaralılara şəfa arzulayıram. Füzuli şəhərinin işğaldan azad olunması hamımızı çox sevindirdi. Azərbaycan tək deyil!”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Davudoğlu   Gəncə   Füzuli  





Xəbər lenti