Pakistan XİN: Paşinyanın dedikləri yalandır

  Pakistan XİN: Paşinyanın dedikləri yalandır
  17 Oktyabr 2020    Oxunub:4361
Pakistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ bölgəsində Azərbaycan Ordusu ilə birlikdə döyüşdüyünə dair səsləndirilən əsassız və və yersiz məlumatları tamamilə rədd edirik.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafeez Çaudhri deyib.

"Ermənistanın baş naziri Nikol Paşinyan 15 oktyabr tarixində Rusiya kanallarından birinə müsahibəsində Pakistan xüsusi qüvvələrinin Azərbaycan Ordusu ilə birlikdə döyüşdüyünə dair əsassız fikir səsləndirib. Bunu tamamilə rədd edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti