Erməni təxribatları ilə bağlı 20-dən çox cinayət işi açılıb

 Erməni təxribatları ilə bağlı 20-dən çox cinayət işi açılıb
  17 Oktyabr 2020    Oxunub:2932
Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, bunu Gəncədə keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, hazırda lazım olan sübutlar toplanılır.

“Biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.

Baş Prokuror qeyd edib ki, Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib.

Azvision.az


Teqlər: Baş-Prokuror  





Xəbər lenti