Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

  Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
  18 Oktyabr 2020    Oxunub:3556
Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.
Bu barədə Azvision.az a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Azvision.az


Teqlər: Düşmən   Cəbhə  





Xəbər lenti