Yaşasaydı, 15 yaşını qeyd edəcəkdi Nigar...

  Yaşasaydı, 15 yaşını qeyd edəcəkdi Nigar...
  18 Oktyabr 2020    Oxunub:6322
Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan mülki vətəndaşlarımızdan biri Nigar Əsgərovadır.
Azvision.az -ın məlumatına görə, dağıntılar altından şəxsiyyət vəsiqəsi tapılan Nigarın bu gün doğum günüdür. 10-cu sinif şagirdi olan yeniyentmə qız düşmənin xain hücumuna məruz qalmasaydı, bu gün 15 yaşını qeyd edəcəkdi.

Təəssüf ki, erməni vandalizminin hədəfinə tuş gələn Nigar nə ad gününü doğmaları ilə birlikdə qeyd edə bildi, nə də arzularına çata biləcək. Uşaq qatili olan işğalçı Ermənistan onun bütün arzularının üstündən qara xətt çəkdi...



Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Azvision.az


Teqlər: Gəncə   Nigar   Düşmən   İşğal  





Xəbər lenti