Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi
  18 Oktyabr 2020    Oxunub:2120
Ukraynanın ölkəmizdəki səfirliyi Azərbaycanı 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında təbrik mətni paylaşılıb:

"Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən ayrılması ilə bağlı "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!".

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti