Düşmən daha 40 hərbçisinin öldüyünü açıqladı

   Düşmən daha 40 hərbçisinin öldüyünü açıqladı
  18 Oktyabr 2020    Oxunub:4072
Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 40 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 673-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onlar arasında ölən və yaralananların statistikası aparılmır.



Azvision.az


Teqlər: Düşmən   Cəbhə  





Xəbər lenti