“Mənbəyi bilinməyən videolar yayıb əsgərimizin həyatına təhlükə yaratmayın!” - MN

 “Mənbəyi bilinməyən videolar yayıb əsgərimizin həyatına təhlükə yaratmayın!” -  MN
  19 Oktyabr 2020    Oxunub:2881
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: MN   Müraciət   Sosial-şəbəkə   KİV  





Xəbər lenti