“Paşinyan Sorosa bağlı olsa da, Avropadan dəstək ala bilmir”

 “Paşinyan Sorosa bağlı olsa da, Avropadan dəstək ala bilmir”
  19 Oktyabr 2020    Oxunub:2540
"Almaniya üçün alternativ" partiyasının nümayəndələrinin işğal olunmuş Qarabağa dəvət edilməsi Ermənistanın faşist xislətinin göstəricisidir”
Bu barədə Azvision.az -a verdiyi açıqlamada Milli Məclisin deputat Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi, işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsi reallaşdırılır:

“Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi, nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir . Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terroristləri işğal etdiyi Azərbaycan torpaqlarına gətirərək onlara təlim keçir. Onlar muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edilir. Ermənistan hətta Yerevanın mərkəzində faşist cəlladı Qaragen Njdeyə heykəl qoyur. Bu gün də faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırırlar və dünyada olan faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edirlər. Elə faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi də bu ölkənin faşist xislətinin göstəricisidir”.

Deputat deyir ki, bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalaonun Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edilməsi Paşinyanın iç üzünü bir daha göstərmiş oldu:

“Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi, Almaniyanı "islamlaşmaqdan xilas etmək”, miqrantları sıxışdıraraq ölkədən qovmaq onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə təmasda olurlar. Bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaregin Nijde ilə fəxr etdikləri kimi, bu partiyanın həmsədrlərindən biri Aleksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları"la fəxr edir”.

Hikmət Babaoğlu onu da vurğulayıb ki, hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosa bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər. Halbuki, demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl “demokrat” kimi sırımağa çalışırdılar. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq önların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı”.

Deputat bu günlərdə Gəncə terroru ilə bağlı Avropa İttifaqının etiraz bəyanatını da xatırladıb. Onun sözlərinə görə bu bəyanat Ermənistanın Qərbdən dəstək ümidini puç etdi: “Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terroristlərlə ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş separatçı rejimin nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçulara tərəfdaş olur. Bir tərəfdən Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə, Avropada neonasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorist Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hikmət-Babaoğlu   Avropaİttifaqı   Njde   Paşinyan  





Xəbər lenti