AQTA iaşə obyektlərində 21 nöqsan aşkarladı

AQTA iaşə obyektlərində 21 nöqsan aşkarladı
  19 Oktyabr 2020    Oxunub:1989
18 oktyabr tarixində ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21 nöqsan, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub.

İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür.

Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb.


Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti