Hikmət Hacıyev: “Xalqımızın iradəsini qıra bilmədilər”

  Hikmət Hacıyev:  “Xalqımızın iradəsini qıra bilmədilər”
  19 Oktyabr 2020    Oxunub:4836
Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, bir qədər sonra münaqişə zonasında yerləşməyən Gəncə şəhərində mülki əhali atəşə tutulub.

"Burada hərbi hədəf yox idi. Sadəcə, onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar. Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən, sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub. Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənsitan öz xislətini göstərdi və yenidən mülki əhalimizi atəşə tutdu. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti