Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb

Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb
  19 Oktyabr 2020    Oxunub:2369
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

"Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək Azərbaycanda olan iki yaralı erməni əsirinə lazımi tibbi yardım göstərdi. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti