Mustafa Şentop Gəncədə - FOTOLAR (YENİLƏNİB)

 Mustafa Şentop Gəncədə -  FOTOLAR (YENİLƏNİB)
  20 Oktyabr 2020    Oxunub:4588
Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gəncəyə səfər edib.
Azvision.az -ın məlumatına görə, TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncənin raket atəşinə tutulması nəticəsində dağılmış evlərə baş çəkiblər.

Qonaqlar şəhərdə binaların, təsərrüfatların ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutulması, mülki obyektlərə ciddi ziyan vurulması barədə məlumatlandırılıblar.

Xatırladaq ki, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.





















Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: TBMM   Sədr   Mustafa-Şentop  





Xəbər lenti