“Deputatlarla görüşümüzü Qarabağda keçirərik” - Mustafa Şəntop

“Deputatlarla görüşümüzü Qarabağda keçirərik” -  Mustafa Şəntop
  20 Oktyabr 2020    Oxunub:2854
Azərbaycanın haqq işinə və mübarizəsinə dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını sizə çatdırıram.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla bu gün Milli Məclisdə çıxışı zamanı deyib.
TBMM sədri bildirib ki, bu gün Türkiyə Böyük Millət Məclisinin bütün üzvləri bu iclasda iştirak etmək istəyərdi:

“İnşAllah Qarabağ işğaldan azad edildikdən sonra belə bir görüşü orada keçirərik. Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətləri mövcuddur. İllərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyəsinə qaldıran Ermənistan böyük təhlükədir. Moskvada humanitar atəşkəs razılaşmasından sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət quldur Ermənistanı durdurmalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: TBMM   Sədr   Mustafa-Şəntop  





Xəbər lenti