MN-dən Xudafərinlə bağlı daha bir açıqlama

   MN-dən Xudafərinlə bağlı daha bir açıqlama
  20 Oktyabr 2020    Oxunub:3311
Ermənistan mətbuatında guya Xudafərin istiqamətində döyüş getməsi barədə yayılan məlumat tamamilə yalandır.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi belə məlumatları yaymaqla özlərinə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsü istiqamətində əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".

Azvision.az


Teqlər: Xudafərin  





Xəbər lenti