Düşmənin divizion komandiri şəxsi heyətlə birlikdə məhv edildi

  21 Oktyabr 2020    Oxunub : 3921
Düşmənin divizion komandiri şəxsi heyətlə birlikdə məhv edildi
5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb.

Azvision.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.
6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi