“Azərbaycanın qələbəsi sistemli islahatların nəticəsidir” - Deputat

  “Azərbaycanın qələbəsi sistemli islahatların nəticəsidir” -  Deputat
  21 Oktyabr 2020    Oxunub:2542
Əks-hücum əməliyyatlarında Azərbaycanın qələbəsi və əldə etdiyi uğurlar kompleks fəaliyyətin və sistemli islahatların nəticəsi olaraq qiymətləndirilməlidir.
Bu sözləri Azvision.az -a açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əvvəlki illərdə həyata keçirilən islahat və bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan layihələr Azərbaycanın müharibədə qısa zamanda uğur əldə etməsinə imkan yaradıb.

“Bu, nəticə etibarı ilə ondan xəbər verir ki, bu gün bizim əks-hücum əməliyyatında əldə etdiyimiz uğurların əsası bir neçə il əvvəl formalaşdırılıb. Bu da Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Həm büdcədən orduya və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə vəsaitlərin ayrılması və daha çox vəsaitin ayrılması istiqamətində işlərin həyata keçirilməsi, həm Azərbaycanın digər istiqamətlərdə mövqeyinin gücləndirilməsi, xarici siyasətdə əldə edilən uğurlar bizim müharibə zonalarında uğur əldə etməyimizə, sistemli şəkildə qalib gəlməyimizə imkan yaratdı".

V.Bayramov qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz Azərbaycan üçün yeni tarix yazır və Azərbaycan Ordusunun qətiyyəti sahəsində işğal altındakı torpaqlarımız azadlığa qovuşur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Azərbaycan-Ordusu   Qalibiyyət   Qarabağ  





Xəbər lenti