Gündəlik yoluxma sayı 700 nəfəri ötdü

  21 Oktyabr 2020    Oxunub : 2299
 Gündəlik yoluxma sayı 700 nəfəri ötdü
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, daha 176 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5503 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9072-dir.

Azvision.az

Teqlər: Koronavirus