Azərbaycanın milli dronu: “Zərbə”nin xüsusiyyətləri

   Azərbaycanın milli dronu:    “Zərbə”nin xüsusiyyətləri
  21 Oktyabr 2020    Oxunub:7096
Düzgün innovativ həllər yalnız vətəndaşların rahatlığı yox, həmçinin Vətənin təhlükəsizliyi ola bilər. Bu gün Ordumuzun pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə etməsindən hamı məlumatlıdır. Hər kəs Türkiyə istehsalı "Bayraktar" PUA-larından danışır.
İnnovasiyalar Agentliyindən Azvision.az -a bildirilib ki, döyüşlərdə Azərbaycanın milli dronu olan "Zərbə" PUA-larından da istifadə olunur. "Zərbə" PUA-larındakı xüsusi izləmə mini optik kamerası istisna olmaqla (kamera Çindən idxal olunur) tamamilə yerli istehsaldır. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.



“K1-Zərbə” həm kəşfiyyat, həm də düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 10 kq olan “Zərbə” atılan yerdən 100-110 km uça bilir və 2 saat havada qala bilir. Sürəti 60km/saat yuxarıdan aşağıya doğru şığıyanda isə sürəti 400 km/saat da ola bilir. Heç bir radar buna nəzarət edə bilmir. Həmçini “K1-Zərbə” nin geri qayıtması da mümkündür. Belə ki, geri qayıdan zaman alt hissədə olan paraşüt açılır və yerə düşə bilir. Onun 1000 metr hündürlükdə ümumiyyətlə gözlə görünməsi mümkün deyil. Aparat maksimum 4000 metr uçur. Aparatın 4 min Fuqas tipli qəlpələri var.



Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Aparat elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Azvision.az


Teqlər: PUA  





Xəbər lenti