DİN-dən əhaliyə xəbərdarlıq

   DİN-dən əhaliyə xəbərdarlıq
  21 Oktyabr 2020    Oxunub:2870
Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir” deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti