Bu kənddə düşmənin 27 illik müdafiəsi darmadağın edilib

Bu kənddə düşmənin 27 illik müdafiəsi darmadağın edilib
  22 Oktyabr 2020    Oxunub:2959
Bu gün rəşadətli Azərbaycan Ordusu daha bir neçə vacib yaşayış məntəqələrini işğaldan azad edib. Bütün yaşayış məntəqələrinin vacibliyi ilə yanaşı bu gün azadlığa qovuşan Füzuli rayon Aşağı Seyidəhmədli kəndini xüsusi qeyd etmək lazımdır.
Azvision.az xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qorxmaz Ordumuz bu kənddə düşmən ordusunun 27 illik işğal müddətində yaratdığı xüsusi müdafiə vasitələrini tamamilə darmadağın edib.

"Ali Baş komandanımızın rəhbərliyi altında bu uğurlara imza atan məğrur Azərbaycan Ordusu ilə sadəcə qürur duymaq lazımdır. Rəşadətli Ordumuz yeni qələbələr ilə bizim sevindirmərkdə davam edəcək. Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Füzuli   Kənd   Aşağı-Seyidəhmədli  





Xəbər lenti