“Qarabağ məsələsi Azərbaycanın sərhədləri çərçivəsində həll edilməlidir” - ABŞ-ın NATO-dakı səfiri

 “Qarabağ məsələsi Azərbaycanın sərhədləri çərçivəsində həll edilməlidir” -  ABŞ-ın NATO-dakı səfiri
  22 Oktyabr 2020    Oxunub:2709
ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bildirib ki, Alyans ABŞ və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa cəhd göstərir.
Azvision.az xəbər verir ki, bu barədə səfir virtual mətbuat konfransında deyib.

Key Beyli Hatçison bildirib: “Bu problem 30 ildir ki, uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir ki, erməni əhali də həmin sərhədlər çərçivəsində mövcud ola bilər. Bunu həll etmək mümkündür və o halda münaqişə başa çatacaq”.

Bununla belə, “biz hər iki tərəfi zorakılığı dayandırmaq, qətli dayandırmaq yollarını müzakirə etməyə çağırırıq”, - deyən səfir sonda qeyd edib: “Bu münaqişə hərbi yolla həll oluna bilməz. Bunu sərhədlər və suverenitet çərçivəsində həll etmək lazımdır. Biz buna çalışırıq, Rusiya və Fransa da bunda israrlıdır”.

Azvision.az


Teqlər: NATO  





Xəbər lenti