“Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir” - Şərəf Malkoç

 “Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir” -    Şərəf Malkoç
  22 Oktyabr 2020    Oxunub:2242
Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq və hüquq mübarizəsidir, öz vətəninizdən işğalçıları qovmaq insan haqları sahəsində bir mübarizədir.
Azvision.az xəbər verir ki, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bu fikirləri Prezident İlham Əliyevlə görüş zamanı səsləndirib.

Şərəf Malkoç sözünə davam edərək deyib: Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz. Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir”.

Azvision.az


Teqlər: ŞərəfMalkoç   Prezident   İlham-Əliyev  





Xəbər lenti