Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir

Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir
  22 Oktyabr 2020    Oxunub:1626
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, qrafikə uyğun olaraq Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.


Azvision.az


Teqlər: Əsgərlik  





Xəbər lenti