Hərbi çağırışçılar COVID-19 testindən keçirilir
Nailə Daşdəmirova bildirib ki, cari ilin oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabr tarixində yekunlaşdırılıb: "Onun yekunu olaraq, işçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşülüb".
Nailə Daşdəmirova sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədinin daxili iş prosesinin müşahidəsi və yoxlanılması olduğunu xüsusi qeyd edib: "İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib”
"COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması işçi qrupunun üzvü tərəfindən monitorinqin digər bir predmeti kimi qeyd olunub. Bura daxil olan məqamlar bunlar olub: 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi", - N.Daşdərmirova qeyd edib.
Azvision.az
Teqlər: COVID-19 Səfərbərlik