Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub
  23 Oktyabr 2020    Oxunub:1581
Oktyabrın 23-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb.

Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.

Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti