Esgeremektub.az saytı təqdim olundu - FOTO

Esgeremektub.az saytı təqdim olundu -    FOTO
  23 Oktyabr 2020    Oxunub:3055
23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.
Azvision.az xəbər verir ki, yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.



Həmçinin istifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.



Azvision.az


Teqlər: Əsgər   Məktub   Sayt  





Xəbər lenti