Hacıqabul sakini Bakıda soyğunçuluq etdi

Hacıqabul sakini Bakıda soyğunçuluq etdi
  23 Oktyabr 2020    Oxunub:2179
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Aparılmış tədbirlərlə onun oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetmənin də eyni üsulla mobil telefonunu alması da müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti