Daha 6 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək

   Daha 6 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək
  23 Oktyabr 2020    Oxunub:1352
Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, həmin şəhər və rayonlarda 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Azvision.az


Teqlər: Şəhər   Rayon  





Xəbər lenti