Litvalı jurnalist erməni yalanlarını ifşa etdi

   Litvalı jurnalist erməni yalanlarını ifşa etdi
  23 Oktyabr 2020    Oxunub:3351
Məşhur “delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağdakı münaqişə zonasından hazırladığı reportajlarda Ermənistanın bir çox yalanlarını ifşa edib.
Azvision.az -ın məlumatına görə, jurnalist Xankəndi şəhərində və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.

Jurnalist bildirib ki, Xankəndidə çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib:

“Belə olan halda oyunun bütün qaydalarını qəbul etmək lazımdır. Əgər sizin raket qurğularınız şəhər parkında yerləşirsə və düşmən atəşi ilə məhv edilirsə, o zaman dinc sakinlər həlak olur deyə şikayət etmək lazım deyil. Ya da Şuşada hərbi sursatların gizlədildiyi mədəniyyət evinə zərbə endirdiyi üçün düşməni necə ittiham etmək olar? Şəhərkənarı qəsəbədə S-300 qurğusunun yerləşdirilməsini necə izah etmək olar?”.

Azvision.az


Teqlər: Litva   Jurnalist  





Xəbər lenti