Britaniyalı deputat Gəncəyə hücumu pislədi

   Britaniyalı deputat Gəncəyə hücumu pislədi
  23 Oktyabr 2020    Oxunub:2164
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən hücumda 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, bu hadisə münaqişə ərazisindən 60 km məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə baş verib. O, Ermənistanın tərəfindən törədilən hücumların qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırıb.

Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa və Ermənistanı beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşmağa çağırıb. Lord Kilkluney Böyük Britaniyannın Bakıdakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.

Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti