Gəncədə erməni təxribatı barədə bəyanat qəbul edildi

Gəncədə erməni təxribatı barədə bəyanat qəbul edildi
  23 Oktyabr 2020    Oxunub:2970
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə həyata keçirilən birgə faktaraşdırıcı missiya ilə bağlı Ombudsman Aparatında brifinq keçirilib.
Azvision.az xəbər verir ki, brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini mütəmadi olaraq atəşə tutması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar barədə danışılıb.

Brifinqdə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib.

Eyni zamanda, ombudsmanlar tərəfindən birgə faktaraşdırıcı missiyada toplanmış materiallar əsasında hazırlanacaq hesabatın beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib.

Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti