Əlcəzair və Misir mediası Gəncə terrorundan yazdı

Əlcəzair və Misir mediası Gəncə terrorundan yazdı
  23 Oktyabr 2020    Oxunub:2527
Jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Əlcəzair və Misir mətbuatında Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı yazı dərc olunub.
Azvision.az xəbər verir ki, “Ermənistan Azərbaycanda mülki əhaliyə raket zərbələri endirir” sərlövhəsi və “Gəncədə törədilən terror aktı uşaqların həyatına son qoydu” yarımbaşlığı ilə dərc olunan məqalədə erməni vandalizmindən söhbət açılır.

Yazıda qeyd olunub: “Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində toqquşmalar davam edir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal altında saxlamasına baxmayaraq, yenə də Azərbaycana qarşı hücumlara başladı. Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlardan çəkilməsi üçün Azərbaycanın sülh yolu ilə diplomatik səy göstərdiyi halda, Yerevan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozdu. Yenidən Azərbaycan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başladı”.

Məqalədə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması ilə bağlı BMT-nin qətnamələri, Gəncədə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktları, həyatını itirən mülki şəxslər barədə məlumat yer alıb.

Azvision.az


Teqlər: Gəncə   Terror  





Xəbər lenti