“Qoşunlarımız düşmənin müdafiə xəttini darmadağın edib” - MN
"Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi