Cəlilabadda karantinlə bağlı reyd keçirilib

Cəlilabadda karantinlə bağlı reyd keçirilib
  24 Oktyabr 2020    Oxunub:987
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib.

Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib.Onlarla profilaktik-izahedici söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib.

Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti