İƏT Fransa ilə bağlı bəyanat yaydı

İƏT Fransa ilə bağlı bəyanat yaydı
  24 Oktyabr 2020    Oxunub:2355
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fransanın Daxili İşlər naziri başda olmaqla fransalı siyasətçilərin islamofob çıxışları ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın "Tvitter" səhifəsində məlumat paylaşılıb.

"İslam Əməkdaşlıq Təşkilatı Fransa-İslam münasibətlərinə zərər verən bəzi fransız məmurlarının danışıqlarına təəssüf edir. Həzrəti Məhəmmədin təhqiramiz karikaturalarının davamlı yayımlanması fonunda, İƏT din adından terror aktlarının törədilməsini qınayır, lakin ifadə azadlığı adı altında dini simvolların təhqir edilməsinə dair hər hansı bir əsaslandırmanı da pisləyir. İƏT istər İslamda, istər Xristianlıqda, istərsə də Yəhudilikdə, peyğəmbərlərin lağa qoyulmasını qınamağa davam edəcəyini bildirib. İƏT İslam və müsəlmanların terrorizmlə əlaqələndirilməsini qınayır və müsəlman cəmiyyətləri hədəf alan, dünyada 1,5 milyarddan çox müsəlmanın hisslərini təhqir edən ayrı-seçkilik siyasətlərinin nəzərdən keçirilməsini tələb edir. Baş katiblik, din adı altında bütün terror aktlarına qarşı birmənalı şəkildə qınama mövqeyi tutaraq, daha əvvəl Fransa vətəndaşı Samuel Pati-nin vəhşicəsinə öldürülməsini də pisləmişdi",- deyə bəyanatda qeyd olunub.

Azvision.az


Teqlər: İƏT   Fransa  





Xəbər lenti