Qubadlı Ermənistandan artilleriya atəşinə tutulur

 Qubadlı Ermənistandan artilleriya atəşinə tutulur
  24 Oktyabr 2020    Oxunub:2259
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Azvision.az


Teqlər: Qubadlı  





Xəbər lenti