Erməni bicliyinin iflası - Murad Köhnəqalanın yazısı

   Erməni bicliyinin iflası -    Murad Köhnəqalanın yazısı
  24 Oktyabr 2020    Oxunub:29202
Ermənilərin – bu Hindistan haylarının həyasızlıqda dünyada tayı-bərabəri yoxdur. Bildiyimiz kimi, Azərbaycan ordusu öz torpaqlarımızı azad etmək uğrunda əks-hücum əməliyyatı aparır. Sözə bax: əks-hücum. Bu, o deməkdi ki, ermənilər xarici hərbi dəstəklə Qarabağ və ətraf rayonlarımızı alıb, orada oturduqdan sonra başqa ərazilərimizə də raket zərbələri endirirdilər. Yəni, biz məcburən əks-hücuma keçmişik.
Artıq otuz ilə yaxındır ki, bu mükəmməl əks-hücuma hazırlaşırdıq. Bu hazırlaşmaya düzgün hesablanmış xarici siyasət, ölkənin iqtisadi cəhətdən qalxınması, ordu quruculuğu və müdafiə sənayesinin formalaşması daxil idi. Hazırda görünən budur ki, bu şərtlərin hamısı yüksək səviyyədə yerinə yetirilib.

Odur ki, bu gün Azərbaycan modern hərbi texnologiya ilə XXI əsrin müharibəsini aparır. Azərbaycanın qüdrəti qarşısında düşmən çaqqal sürüsü kimi zingildəyərək, böyük itkilərlə geri çəkilir. Taleyin ironiyasına bax ki, bu həyasız ermənilər başqa dövlətlərin vasitəsilə bizdən aman diləyərək, meyitlərini ayaq altından yığmaq üçün atəşkəs elan edilməsini xahiş edirlər. Ali Baş Komandan hərb mədəniyyəti göstərərək, insanlıq naminə buna razılıq verir. Lakin mənfur qonşu yalvararaq əldə etdiyi razılaşmanı özü pozur. Bununla da öz rüsvayçı xarakterini dünya ictimaiyyətinə göstərir. Arxasınca böyük iflasa uğrayan ermənilər Azərbaycan tərəfədən yenidən atəşkəs dilənir və…bu dəfə də atəşkəsi özləri pozur. İndi də Dağlıq Qarabağın muxtariyyəti barədə fikirlər ortaya atırlar.

Yaşananlar göstərdi ki, ermənilərə heç bir halda muxtariyət statusu vermək olmaz. Təkcə sonuncu döyüşdə mülki əhaliyə raketlərlə hücum etmələri göstərdi ki, onlar konkret olaraq, humanist duyğulardan kənardırlar. Türkü özlərinə əbədi düşmən bilən ermənilərlə birgə yaşamaq mümkün deyil. Ümumiyətlə, erməni başqa millətlərlə birgə yaşaya bilmir, yaşaya bilsəydi Ermənistan mono-etnik dövlət olmazdı.
Bilənlər bilir, bilməyənlər üçün deyirəm.

Ermənilər tərəfindən Gəncəyə, yaxud Xızıya açılan raket atəşlərinin altında axmaq bir erməni bicliyi var. Azərbaycan Ordusu ermənilərə qarşı əks hücuma keçəndə Ali Baş Komandanımız öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz bu hərbi fəaliyyətimizlə dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazilərimizi düşməndən azad etmək istəyirik, heç kimin torpaqlarında da gözümüz yoxdur.

Yəni, müharibə yalnız Azərbaycan ərazisində gedir, ona görə başqa dövlətlər bu savaşa müdaxilə edə, qoşula bilməzlər. Müharibəni sıfırla uduzan ermənilər isə Qarabağdan kənar ərazilərimizi raket atəşinə tutaraq münaqişəni Qarabağ ərazisindən çıxarıb Ermənistan-Azərbaycan müharibəsi görüntüsü yaratmaq istəyirdilər. Ermənilərin çürük ağlına görə müharibə iki dövlət arasında gedərsə Ermənistanın hərbi müttəfiqi Rusiya müharibəyə qoşula bilər. Yəni, Gəncəyə raket atmaqda məqsəd Azərbaycan tərəfi qıcıqlandırıb İrəvanı bombalatmaq və guya Rusiyanı, İranı aldadaraq müharibəyə cəlb etmək idi. Nə qədər ağrılı olsa da Azərbaycan tərəf səbr göstərdi və bu açıq erməni bicliyinə uymadı.

Sonda gördülər ki, onların bu axmaq bicliyinə uyan olmayacaq, başladılar Azərbaycan tərəfi şərləməyə. Həyasızcasına hər yanda bəyanat yaydılar ki, guya, Gəncəni özümüz bombalamışıq. Onlar unudublar ki, indi peronu çernilə batıran orta əsrlər dövrü deyil, artıq dünya ictimaiyətini erməni bicliyi ilə çaşdıra bilməzsən. İndi elektron əsridi, kim haradan hansı silah atır hamısı fiks olunub görüntüyə alınır. Bizim müasir silahlarımızın, PUA-larımızın qarşısında rusun sizə verdiyi raqatkalar, erməni bicliyi çox acizdi. Sizi boşayan əriniz rus demiş, “против лома нет приема”. Siz torpaqlarımızdan xoşluqla çıxmasanız daha yaxşıdır, belə olan halda sizi qovmaq şansımız lap çox olacaq.

Murad Köhnəqala
Azvision.az



Teqlər:





Xəbər lenti