Hərbi sirri paylaşma! - POSTERLƏR

 Hərbi sirri paylaşma! -  POSTERLƏR
  24 Oktyabr 2020    Oxunub:18124
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Sentyabrın 27-dən başlayan əməliyyatlar nəticəsində indiyədək bir çox yaşayış məntəqələrimiz işğaldan azad edilib. Tarixi torpaqlarımızın azadlığa qovuşması hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük coşqu ilə qarşılanır.
Sevinc hislərini sosial şəbəkələrdə bölüşən vətəndaşlarımız bəzən özləri də fərqində olmadan döyüş meydanında çəkilən foto və videoları yayır, bununla hərbi sirri pozmuş olurlar. Son günlər belə paylaşımların artması təhlükəli hal almaqdadır.

Müzəffər Ordumuzun Vətən Müharibəsi davam etdiyi müddətdə belə informasiyaların yayılması yolverilməzdir. Bunu etməklə, biz yorulmadan gec-gündüz düşmənə qarşı vuruşan əsgərlərimizin həyatını təhlükəyə atmış olarıq. Hər birimiz diqqətli olmalı, döyüşlə bağlı paylaşımlar etməməli, yalnız rəsmi məlumatları yaymaqla Ordumuza dəstək ola bilərik.













Azvision.az


Teqlər: Döyüş   Hərbi   Sirr  





Xəbər lenti