Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

   Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
  24 Oktyabr 2020    Oxunub:2440
Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qeyd olunub ki, qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Azvision.az


Teqlər: Düşmən   Atəş   Laçın   Qubadlı  





Xəbər lenti