Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə iştirakı barədə məlumatlandırıldı

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə iştirakı barədə məlumatlandırıldı
  25 Oktyabr 2020    Oxunub:2262
Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti