ABŞ səfirliyi ölkəmizdəki vətəndaşlarına xəbərdarlıq etdi

   ABŞ səfirliyi ölkəmizdəki vətəndaşlarına xəbərdarlıq etdi
  25 Oktyabr 2020    Oxunub:3273
ABŞ-ın Bakıdakı səfirliyi ölkəmizdə olan vətəndaşlarına xəbərdarlıq edib.
Azvision.az səfirliyin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Diqqətə çatdırılıb ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti