“Sülh planında muxtariyyət məsələsi olmayıb” - İlham Əliyev
Telekanalın müxbirinin diplomatik həll yolu (Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması –red.) ilə bağlı dediklərinin doğru olmadığını bildirən dövlətimizin başçısı deyib: “Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb”.
Azərbaycan Prezidenti qeyd edib ki, sülh planında muxtariyyət məsələsi də olmayıb. “Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Sizin (Fox News” müxbirinin – red.) haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev