Baş Prokurorluq xəbərdarlıq edir - VİDEO

  25 Oktyabr 2020    Oxunub : 2324
   Baş Prokurorluq xəbərdarlıq edir -    VİDEO
Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.
Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Qeyd olunub ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Azvision.az

Teqlər: Prokurorluq