Gürcüstanda koronavirusdan ölüm sayı 200-ü keçdi

Gürcüstanda koronavirusdan ölüm sayı 200-ü keçdi
  25 Oktyabr 2020    Oxunub:2520
Gürcüstanda son sutka ərzində daha 1928 nəfər koronavirusa yoluxub, 8 pasiyent vəfat edib. Ölkə üzrə ümumi yoluxma sayı 28 431-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 10 767 pasiyent sağalıb, 201 nəfər dünyasını dəyişib. Hazırda karantində 4112, stasionar nəzarətdə isə 3766 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti