Qarabağda məhv edilən muzdlu döyüşçülər

  Qarabağda məhv edilən muzdlu döyüşçülər
  25 Oktyabr 2020    Oxunub:7455
Ermənistan rəhbərliyi döyüşlərə başlamazdan əvvəl ordudakı çatışmazlıqları ört-basdır etmək üçün xarici muzdluları və terrorçuları Qarabağa cəlb edirdi.
Döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti prosesi daha da sürətləndirdi. Erməni ordusunun verdiyi ciddi itkiləri nəzərə alsaq, terrorçuların axını gözlənilən idi.

Məlumat üçün bildirək ki, Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər ayrılır.

Ermənistana daha çox Fansa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular gətirilir. İndiyədək bunu təsdiqləyən çoxsaylı faktlar aşkar edilib. Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu sübut edir.



Belə ki, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Artur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular məhv edilib. Onların ölümü Ermənistanın rəsmi qurumları tərəfindən gizlədilir, itkilərin siyahısına əlavə edilmir.

Hazırda Ermənistan tərəfindən xarici muzdluların Azərbaycana qarşı döyüşlərdə iştirakı davam edir. Rusiya və Gürcüstan vətəndaşlığı olan, məşhur erməni separatçısı Vaxanq Çaxalyan döyüşlərin aktiv iştirakçılarından biridir. Onun şimal cəbhəsindəki sığınacaqlarda gizləndiyi və terrorçu qrupa rəhbərliyik etdiyi bildirilir.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti