Yəmənli alimlərdən Qarabağla bağlı çağırış

Yəmənli alimlərdən Qarabağla bağlı çağırış
  25 Oktyabr 2020    Oxunub:2348
Bir qrup yəmənli ziyalı, elm adamı və ölkənin aparıcı elm ocaqlarının tələbəsi BMT-ni Qarabağın Azərbaycan Respublikasının ərazisi olması ilə bağlı qəbul edilən qətnamələri həyata keçirməyə çağırıblar. Çağırış yəmənli professorlar Tavfiq Mahmud Məhəmməd Əli və Cəmilə Saleh Saifin təşəbbüsü ilə baş tutub.
Yəmənli ziyalılar BMT və təşkilatın Baş katibinin Ermənistan tərəfinin mülki Azərbaycan əhalisini qəsdən və məqsədyönlü şəkildə ballistik raket və artilleriya qurğularından atəşə tutmasını qəti şəkildə pislədiyinə diqqət yetirərək bu müharibə cinayətlərinin Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu bildiriblər.

Ziyalılar Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edərək ölkəmizin torpaqlarını işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiklərini bildirib, Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

Azvision.az


Teqlər: Yəmən   Alim   Qarabağ  





Xəbər lenti