Kəlbəcərin bir hissəsi işğalçılardan azad edilib

    Kəlbəcərin bir hissəsi işğalçılardan azad edilib
  26 Oktyabr 2020    Oxunub:27656
Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib.
Azvision.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə deyib.

Dövlət başçısı bildirib: "Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti