Lüksemburqda Azərbaycan əsgərinə dəstək aksiyası - FOTO

  25 Oktyabr 2020    Oxunub : 2117
Lüksemburqda Azərbaycan əsgərinə dəstək aksiyası -  FOTO
Lüksemburqda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizə dəstək, eləcə də Ermənistanın raket atəşləri nəticəsində Gəncədə həlak olmuş mülki əhalinin xatirəsini yad etmək məqsədilə aksiya keçirilib.
Azvision.az xəbər verir ki, Lüksemburqda əlverişsiz hava şəraitinə baxmayaraq, burada yaşayan azərbaycanlılar şəhərin Guillaume II mərkəzi meydanına toplaşıblar.

Bütün ailə üzvləri ilə meydana toplaşan azərbaycanlılar Gəncədə həlak olan uşaqların xatirəsinə oyuncaqlar, uşaq ayaqqabıları və gül-çiçək düzərək, uşaqların qətlə yetirilməsini diqqətə çatdırıblar.

Azərbaycan, Türkiyə və Lüksemburq bayraqlarının dalğalandığı dinc aksiyada “Mən Gəncəyəm!”, “Gəncə üçün dua et!” kimi şüarları səsləndirilib.

Ətrafdan keçənlər Gəncədə mülki əhalinin, yaşayış mərkəzinin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumatlandırılıblar.

Aksiya iştirakçıları Azərbaycan dövlət himnini və “Sarı Gəlin” xalq mahnısını səsləndiriblər.





Azvision.az

Teqlər: Əsgər   Azərbaycan