Ermənilər PKK terrorçularını Şuşaya gətirdi

  26 Oktyabr 2020    Oxunub : 3770
 Ermənilər PKK terrorçularını Şuşaya gətirdi
Ermənistan tərəfi PKK terrorçularını Azərbaycanın Şuşa şəhərinə gətirib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, PKK terrorçuları Azərbaycan Ordusunun hərbi geyim formasını geyinib. Bununla ermənilərin məqsədi öldürülən terrorçuları guya Azərbaycanın Suriyadan gətirilən muzdlu döyüşçüləri kimi təqdim etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi Dağlıq Qarabağa kürd əsilli muzdlulardan ibarət 1500 nəfərin gətirildiyini bildirib. Onun sözlərinə görə, muzdlulara hər ay 600 dollar "məvacib" verilir.

Azvision.az

Teqlər: PKK   Şuşa